RU

“Zirə” komandası tarixində 400-cü oyununu gerçəkləşdirib

“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.

Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək Premyer Liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.

Qeyd edək ki, “Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz

Məqalədə:
Избранный
26
15
idman.biz

10Источники