İmişlidə hamilə qadın xəstəxanada ölüb.
Day.Az APA-a istinadən xəbər verir ki, rayonun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.
Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.
Faktla bağlı araşdırma aparılır.