RU

Dünyanın bir nömrəli derbisində 2 qol

Argentina çempionatında mövsümün ən çox gözlənilən oyunlarından biri - Superklasiko keçirilib.

Publika.az xəbər verir ki, “Boka Xuniors” “Bombonera” stadionunda “River Pleyt”i qəbul edib və matç 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Dünyanın bir nömrəli derbisində hesab 45-ci dəqiqədə Esekiel Sebalyosun qolu ilə açılıb. O, həmçinin 47-ci dəqiqə Migel Merentelyenin vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Matçı izləyənlər arasında məşhur britaniyalı müğənni, üçqat “Qremmi” mükafatı laureatı Dua Lipa da olub. O, Argentina millisinin formasını geyinib.

Bu qələbə sayəsində “Boka Xuniors” 26 xalla “Klausura” turnir cədvəlinin A qrupunda liderliyə yüksəlib. “River Pleyt” isə 21 xalla B qrupunda altıncı pillədə qərarlaşıb.

Избранный
15
publika.az

1Источники