RU

Rusiya savaş veteranları üçün protez tədarükünü kəskin artırdı- Sensasion rəqəmlər

Rusiya hökuməti Ukrayna müharibəsində əlil olmuş hərbçilərin sayı sürətlə artdığı üçün protez və ortopedik reabilitasiya vasitələrinin tədarükünü üç dəfə artırıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya Beynəlxalq Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Yanis Kluge məlumat verib.

2026-cı il dövlət büdcəsində “əlillərin texniki reabilitasiya vasitələri ilə təmin edilməsi” adlı xətt üzrə 98,16 milyard rubl (təxminən 1 milyard dollar) vəsait ayrılıb. Müqayisə üçün, müharibədən əvvəl — 2020–2021-ci illərdə bu məqsədlə ildə cəmi 33 milyard rubl xərclənirdi.

Protez təminatı üzrə büdcə artımı:

2020–2021: 33 mlrd rubl

2022: 37,2 mlrd

2023: 42,2 mlrd

2024: 55,8 mlrd

2025: 75,4 mlrd

2026: 98,16 mlrd

Rusiya Protezistlər və Ortopedlər Gildiyasının üzvü Timur Qrişin bildirir ki, protez tələbatındakı kəskin artım döyüşlərdə ətraflarını itirən hərbçilərin sayının çoxalması ilə birbaşa bağlıdır.

Müharibədəki itkilərin miqyası Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesablamalarına görə:

2024-cü ilin sonuna Ukrayna müharibəsində təxminən 400 min rusiyalı hərbçi ağır yaralanaraq əlil olub.

2022–2024-cü illərdə Rusiya ordusunun ümumi itkiləri: 783 min

172 min — həlak olub

611 min — yaralanıb

Yaralananlardan təxminən 376 min nəfər ömürlük əlil qalıb.

Ukrayna Baş Qərargahının məlumatına görə, 2025-ci ilin noyabrına Rusiya ordusunun ümumi itkilərinin sayı 1 milyon 150 min nəfəri keçib.

Beləliklə, Rusiya büdcəsində protezlərə ayrılan vəsaitin rekord həcmdə artırılması, ölkənin müharibədə gördüyü insan itkilərinin miqyasını bir daha təsdiqləyir.

Musavat.com

Избранный
51
1
musavat.com

2Источники