RU

Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür

Bakı. Trend:

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminəölümü gözə alan oğullarımızdan biri olan Fərid Ələkbərovun şəhidlikzirvəsinə ucaldığı gündən 5 il ötür.

Trend xəbər verir ki, Azərbaycan ordusunun zabiti Murovdakı birsıra yüksəkliklərin düşməndən azad olunmasında iştirak edib,Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaətgöstərib.

Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadanolub. Əslən Bakının Nardaran kəndindəndir. O, İstanbul Kuleli HərbiLiseyində və Ankaradakı Quru Qoşunları Hərbi Məktəbində təhsilalıb. İsparta şəhərindəki Dağ Komando Məktəbini və Polatlı TopçuMəktəbini fərqlənmə diplomu ilə başa vurub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələritərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsivə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlananİkinci Qarabağ müharibəsində ön sıralarda savaşıb. Noyabrın 9-daŞuşa-Xankəndi yolunda düşmən tankından atılan mərmi nəticəsindəşəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşəməliyyatlarına qatılan döyüşçü və hərbi hissə qarşısında qoyulmuştapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyiüçün Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra"Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə"medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2022-ci ildən Bakının Yasamal rayonundakı küçələrdən biri FəridƏləkbərovun adını daşıyır. Bu gün beş il əvvəl Xankəndidə şəhidolan mayor Fərid Ələkbərovun anım günüdür.

Məqalədə:
Избранный
35
6
az.trend.az

7Источники