RU

Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

"Ukraynanın məğlub olması üçün obyektiv səbəb yoxdur".

APA xəbər verir ki, bu fikri Polşanın Baş naziri Donald Tusk “Gazeta Wyborcza”ya verdiyi müsahibəsində ifadə edib.

Polşanın Baş naziri bildirib ki, ölkəsinin geosiyasi gələcəyi ümidvericidir, lakin bu, Ukraynadakı vəziyyətin həllindən asılıdır.

Tusk vurğulayıb ki, Polşa regiondakı strateji mövqeyindən səmərəli istifadə etməli və Ukraynaya dəstəyini davam etdirməlidir, çünki Ukraynanın məğlubiyyəti Vistla çayı boyunca vəziyyətin pisləşməsinə səbəb ola bilər.

“Buna görə də biz diqqətimizi Ukraynaya yardım etməyə yönəltməliyik, çünki əgər Ukrayna müharibəni uduzsa, Polşadakı vəziyyət kəskin şəkildə pisləşəcək. Lakin mən moderat optimistəm. Ukraynanın məğlub olması üçün obyektiv səbəb yoxdur”, - Baş nazir vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
7
apa.az

8Источники