RU

Azərbaycan UNESCO komitəsinə üzv seçildi

BAKI, 10 noyabr. TELEQRAF

Azərbaycan Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası zamanı 2025-2029-cu illər üçün "Mədəni sərvətlərin mənşə ölkələrinə qaytarılmasının və ya qanunsuz mənimsənilmə halında geri qaytarılmasının təşviqi" üzrə Dövlətlərarası Komitənin (ICRP) üzvü seçildi.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, Azərbaycanın mədəni irsinin qətiyyətlə müdafiəsi və bərpasının tanınmasıdır.

Избранный
27
1
teleqraf.com

2Источники