RU

“Neftçi” özünü dünyaya tanıdan hücumçuya, görün, nə qədər pul ödəyir!

«Neftçi»nin Vensan Abubakarın keçidinə nə qədər xərcə düşdüyü bilinib.

Paytaxt təmsilçisi kamerunlu hücumçuya hər ay 40 min dollar əməkhaqqı ödəyəcək.

Bu, gələn ilin iyununadək belə davam edəcək.

33 yaşlı ulduz həmin vaxtadək özünü doğrultsa, müqaviləsi daha 1 il uzadılacaq. Belə olan halda isə onun məvacibi daha 20 min dollar artırılacaq.

Kamerun yığmasının lideri forma geyindiyi üç Premyer Liqa matçında 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

O, «Qəbələ» və «Kəpəz»in qapısına yol tapıb. Həmçinin ölkə kubokunun ikinci təsnifat mərhələsinin MOİK-lə görüşündə (6:2) dubla imza atıb.

Sonuncu klubu "Hatayspor" olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.

O, "Portu" ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), "Beşiktaş"la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

SPORTİNFO.AZ

Избранный
22
sportinfo.az

1Источники