RU

750 illik sirr açıldı

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Macarıstanın paytaxtı Budapeştdə 1915-ci ildə tapılan sirli skeletin kimliyi 750 il sonra müəyyənləşdirilib.

Kulis.az xəbər verir ki, alimlər DNT analizləri sayəsində onun 1272-ci ildə sui-qəsd nəticəsində öldürülən Maço hersoqu Belaya məxsus olduğunu sübut ediblər.

Hersoq Kral IV Belanın nəvəsi və Arpad sülaləsinin üzvü idi. Araşdırmalar zamanı skeletdə 26 zədə izi aşkar olunub, bu da onun planlaşdırılmış bir hücum zamanı öldürüldüyünü göstərir.

İzotop təhlili onun yüksək təbəqəyə mənsub olduğunu təsdiqləyib.

Qeyd edək ki,bu kəşf, həm Macarıstan tarixində uzun müddət sirr olaraq qalmış bir hadisəni aydınlaşdırır, həm də Orta əsr Avropasında saray intriqalarının qəddarlığını üzə çıxarır.

Güzgü - “Səksənincilər" layihəsindən Rafiq Tağının hekayəsi

Azərbaycanlı müğənni Rusiyadan deportasiya olundu

Elxan Cəfərov: "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
kulis.az

2Источники