Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəhman Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyadanı vurub. Nəticədə İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviç aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.