RU

Azərbaycan gimnastı: “Hədəfimiz Avropa çempionatında qızıl medal qazanmaqdır” - FOTO

“Yeddi ildir ki, aerobika gimnastikası ilə məşğul oluram”.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatının iştirakçısı Təhminə İbrahimova deyib.

Bu gün təsnifat yarışında mübarizə aparan gənc gimnast hədəflərinin birinci yer olduğunu bildirib: “Turnirə yaxşı hazırlaşmışıq. Hər şey ideal təşkil olunub. Layiq olduğumuz birinci yeri tutmaq istəyirik”.

Digər gimnast Ayan Talıbova Avropa çempionatına iki ildir hazırlaşdığını söyləyib: “Əlimizdən gələni edib, Azərbaycana medal qazandırmaq istəyirik”.

Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.

İdman.Biz

Избранный
9
2
idman.biz

3Источники