RU

Rusiyada ehtiyatda olan hərbçilərin çağırışı başlanıb

Azpost saytına istinadən ain.az xəbər verir.

Rusiyanın iyirmi dörd bölgəsində ehtiyatda olan hərbçilərin çağırışı başlanıb.

AzPost bildirir ki, bu barədə “Kommersant” qəzeti məlumat verir.

Bu bölgələrdə kritik obyektləri qorumaq üçün yerləşdiriləcək bölmələrə könüllülərin qəbul kampaniyası başlayıb. Prezident Putin 4 noyabrda ehtiyatda olan əsgərlərin yalnız müharibə dövründə deyil, həm də sülh dövründə bu məqsədlər üçün istifadəsinə icazə verən qanun imzalayıb.

Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin ehtiyatda olan əsgərlərin yalnız öz bölgələrində yerləşdiriləcəyi barədə açıqlama versə də əksinə, qanunda belə məhdudiyyətlər yoxdur. Lakin qəzetin məlumatına görə, bu şərt hərbi xidmətə qəbul müqaviləsi imzalanarkən nəzərdə tutulur.

Mövcud məlumata görə, təlimin müddəti ildə altı aydan çox olmamalıdır. İştirakçılar bu müddət ərzində bütün müvafiq sosial təminatlarla hərbi status alacaqlar. Ehtiyatda olan əsgərin ölümü halında, onların ailəsi hərbi qulluqçular üçün müəyyən edilmiş ödənişlərə və müavinətlərə malikdir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
1
azpost.info

2Источники