RU

Ordumuzda yeni xüsusi növ qoşun - dünyada analoqu tək-təkdir...


Bakıda Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda insansız sistem qoşunlarının ilk dəfə parad heyəti kimi iştirakı texniki və simvolik baxımdan mühüm məna daşıyır. Bu paradın formationuna “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov rəhbərlik edib. Bu, yeni qoşun növünün rəsmi struktur və komanda-təşkili səviyyəsinə çıxarıldığını göstərən açıq siqnaldır.

“Insansız sistem qoşunları” dedikdə dronlar (UCAV- görür məlumat ötürür/UAV - görür və vurur), loitering munitions (kəşfiyyat-kamikadze dronu), insansız quru və dəniz vasitələri, onlara bağlı kəşfiyyat-məlumat üzrə infrastruktur nəzərdə tutulur. Bunlar əməliyyatlarda yalnız alət yox, məlumatın toplanması, emalı və zərbə ilə birgə işləyən vahid sistem kimi çıxış edir. Real vaxt rejimində kəşfiyyatı, sürətli hədəf təyini və həmin anda (on-demand) zərbə kombinasiyası komandirlərə ənənəvi hava və artilleriya resurslarından qat-qat sürətli və ucuz nəticə vermək imkanı yaradır. Bu dəyişiklik taktiki hədəfin müəyyən edilməsindən məhvinə qədər olan vaxtı qısaldaraq ordulara strateji çeviklik gətirir - yəni insansız qoşun ordunun həm gözüdür, həm barmağı.

Beynəlxalq təcrübə göstərir ki, insansız sistemlərin effektivliyi üç əsas məqamla qiymətləndirilir: əməliyyatlarda sübut olunmuş nəticələr, miqyas (istehsal və tətbiq sayı — “sürü” taktikaları) və digər silah sistemlərinə inteqrasiya (C2, EW, hava-müdafiə ilə sinxronlaşdırma). Dünyada bu sahədə ən irəlidə olanlar - ABŞ, Çin, İsrail, Rusiya və Türkiyədir. Həmçinin onlar müxtəlif model və strategiyalarla özünü doğruldublar. Məsələn, ABŞ və İsrail yüksək səviyyəli inteqrasiya və MALE/HALE (hərbi və aerokosmik sahədə dərin inkişaf şafı) platformaları üzərində, Çin və Türkiyə maliyyət-effektiv kütləvi istehsal və ixrac modelində, Rusiya və İran isə kamikaze və çoxsaylı kəşfiyyat-kamikadze tətbiqlərində təcrübə toplayıblar. Bu nümunələr göstərir ki, insansız qoşunların gücü texnologiya, istehsal miqyası və əməliyyat intizamının birlikdə işləməsindən asılıdır.

Eyni zamanda, bu sahə risklərdən də xali deyil. Elektron mübarizə sistemləri, yüksək səviyyəli hava-müdafiə və anti-drone texnologiyaları insansız platformaların effektivliyini məhdudlaşdıra bilər. Komponent asılılıqları və təchizat zənciri çatışmazlıqları isə kütləvi tətbiqin davamlılığını sual altına qoya bilər. Buna görə insansız qoşun yalnız uçuş aparatlarının alınması deyil - C2 (komanda mərkəzi), EW (elektrin mübarizə vasitəsi) müdafiəsi, yerli istehsal zənciri və etik-hüquqi qaydaların qurulması ilə birlikdə düşünülməlidir.

Azərbaycan 2020-ci ildə TB2, loitering munition (kəşfiyyat kamikadze) və müşahidə dronlarının sinergetik istifadəsi ilə insansız sistemlərin döyüş meydanında nə demək olduğunu praktiki olaraq sübut etdi. Bu əməliyyatlar dronların regionda “combat-proven” (sınaqdan keçmiş) alət olduğunu göstərdi və indi həmin təcrübənin institutlaşdırılması prosesi gedir. Yəni artıq "dronlar savaşı qazandırdı"dan "dronları davamlı, özünütəminatlı sistemə çevirmək" mərhələsinə keçmişik. Rəsmi mənbələr və mediada yayılan məlumatlar paradda insansız sistem qoşunlarının nümayişinin məhz bu sistemləşməni simvolizə etdiyini bildirir.

Amma praktik olaraq hələ iki əsas çağırış qalır. Birincisi, komponent və sənaye asılılığı: mühərriklər, aviyonika, yüksək dəqiqlikli GPS/lazer modulları və digər əsas elementlər üçün etibarlı daxili və ya diversifikasiya olunmuş tədarük zənciri yaratmaq lazımdır. Bu, yalnız satınalmadan fərqli şəkildə, uzunmüddətli əməliyyat dayanıqlığı təmin edir. İkincisi. insansız platformaların komandaya tam inteqrasiyası. Yəni C2 (komanda mərkəzləri) şəbəkələri, real vaxt rejimində məlumat emalı, elektron mübarizə (EW) qabiliyyətləri və anti-drone qorunmasının yaradılması. Bu iki sahədə çatışmazlıqlar aradan qaldırılınca “say üstünlüyü” və əməliyyat davamlılığı real nəticələr verəcək.

Praktiki və prioritet addımlar belə olmalıdır: mövcud xarici təcrübənin (TB2, loitering munition və s.) təhlilindən çıxarılan taktiki dərsləri standart əməliyyat prosedurlarına daxil etmək; yerli istehsal və texnoloji transfer üçün sənaye tərəfdaşlığına yatırım; C2 və məlumat-fusion (məlumat fraqmentlərini orqanik birləşdirilib tam hala gətrilməsi) mərkəzlərinin gücləndirilməsi və ən əsası, EW/anti-drone sistemlərinə investisiya - çünki dronların geniş yayılması ilə anti-dron texnologiyaları da formalaşır və bu yarışda geri qalmaq olmaz. Son illərdə "Bayraktar" kimi istehsalçı şirkətlərin tədarük-zəncirini daxili yönləndirməsi nümunələri göstərir ki, beynəlxalq əməkdaşlıqla paralel olaraq öz-özlüyündə istehsal imkanlarını artırmaq mümkün və vacibdir.

Nəticə etibarilə, paradda nümayiş olunan yeni xüsusi növ qoşun təkcə texniki yenilik deyil, həm də ordunun gələcək düşüncə tərzinin, əməliyyat-doktrinalarının və sənaye strategiyasının nümayişidir. Azərbaycan hazırda “dronları döyüşdə sınadıq” mərhələsindən “dronları sistemləşdirmək və milli istehsal bazası yaratmaq” mərhələsinə keçir. Bu keçidin uğuru yalnız yeni aparatların sayından deyil, onların komanda-kontrola, EW-yə və təchizat dayanıqlılığına necə inteqrasiya olunmasından asılıdır.

Akif NƏSİRLİ

Избранный
32
baki-xeber.com

1Источники