RU

Milli komandaya ilk dəfə dəvət edilən müdafiəçi: "Çox sevinirəm"

Azərbaycan milli komandasına ilk dəfə dəvət edilən "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov Sportal.az saytına açıqlama verib.

U-21 yığma komandamızın aparıcı üzvü milli komandadakı hədəflərindən danışıb:

"Azərbaycan A milli komandasına dəvət edildiyim üçün çox sevinirəm. Özümü çox xoşbəxt hiss edirəm. Milli komandanın toplanışında da maksimumum ən yaxşısını edəcəm. Hər şeyin yaxşı olacağına inanıram. Təbii ki, dəvət edən və güvənən Ayxan Abbasov, məşqçilər korpusuna təşəkkür edirəm. Milli komandada oynamaq şansına gəldikdə, təbii ki, şans verilərsə, əlimdən gələni edəcəm. Şadam ki, yığmaya dəvət edilmişəm. Etimadı doğrultmağa çalışacam. Qarşıda çətin oyunlar var. Hər ikisinə hazırlaşacağıq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
18
1
sportal.az

2Источники