RU

Messi Barselonaya qayıtdı FOTO

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol dünyasının əfsanəsi Lionel Messi İspaniyanın Barselona şəhərindəki "Kamp Nou" stadionundan paylaşım edib.

Redaktor.az xəbər verir ki, argentinalı ulduz “Instagram” hesabında keçmişdə oynadığı və dərin izlər buraxmış bir yerə getdiyini yazıb:

“Dünən gecə ruhumla çox darıxdığım bir yerə qayıtdım. O yerə ki, orada sonsuz xoşbəxt olmuşdum, sizlər məni dünyanın ən xoşbəxt insanı kimi hiss etdirmişdiniz.

Kaş ki, bir gün yenidən qayıda bilim, amma bu dəfə sadəcə bir futbolçu kimi vidalaşmaq üçün yox, elə ürəkdən qayıtmaq üçün…”

Xatırladaq ki, "Barselona" klubunun sözügedən stadionu yeni təmirdən çıxıb. Messinin futbol karyerası elə bu stadiondan başlayıb. O, hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
redaktor.az

4Источники