RU

Putinin müəllimi Yuri Tolstoy öldü

BAKI, 10 noyabr. TELEQRAF

Sankt-Peterburq Dövlət Universitetinin fəxri professoru, Rusiya Elmlər Akademiyasının akademiki Yuri (Georgi) Tolstoy 98 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə Universitetin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, alim 2025-ci il noyabrın 10-da Sankt-Peterburq şəhərində vəfat edib.

Yuri Tolstoy hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin fəxri professoru olub. O, uzun illər ərzində Rusiya hüquq elminin formalaşmasına töhfə verib.

Qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və ədliyyə naziri Konstantin Çuyçenko müxtəlif dövrlərdə onun rəhbərliyi altında təhsil alıblar.

Избранный
19
1
teleqraf.com

2Источники