“Ordu və Hərbi Dəniz Qüvvələri ilə yanaşı, həm də Hava-Kosmik Qüvvələri Rusiyanın əsas müttəfiqləri sırasına daxildir”.
Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz tez-tez xatırladırıq ki, Rusiyanın iki müttəfiqi – ordu və donanmadır, lakin bu sıraya şübhəsiz ki, Hava-Kosmik Qüvvələri də əlavə olunmalıdır”, deyə Lavrov bildirib.
Qeyd edək ki, “Rusiyanın yalnız iki müttəfiqi var: ordusu və donanması” - sözləri çar III Aleksandra məxsusdur. Aforizmə çevrilmiş bu ifadə Rusiyada geniş istifadə olunur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта