ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, erməni siyasi şərhçi Suren Surenyants deyib ki, sülh Azərbaycanın şərtləri və əsas tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir.
Onun sözlərinə görə, Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir: "Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub.Onun sözlərinə görə, bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir”. Surenyantsın sözlərinə görə, Azərbaycan sülhün yalnız bütün tələblərin tam yerinə yetirilməsi halında mümkün olduğunh gizlətmir: “Paşinyan isə öz Telegram kanalında bildirib ki, delimitasiya nəticəsində Ermənistan Artsvaşeni (Başkənd – red.) və digər “işğal olunmuş əraziləri” geri qaytarmalıdır. Lakin bu, Artsvaşeni qaytarmaq cəhdi deyil, qarşılıqlılıq illüziyası yaratmaqdır. Artsvaşen mövzusu heç vaxt danışıqlar gündəliyində olmayıb (ən azı Azərbaycanın baxımından), halbuki anklavlar məsələsi çoxdan Bakının tələbləri siyahısına daxil edilib. Beləliklə, nəticə çıxarmaq olar ki, Paşinyan ya artıq razılaşıb, ya da sadəcə müqavimət göstərməkdən imtina edib”. Ekspertin fikrincə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və institusional sabitlik baxımından fəlakət olacaq: “Ermənistanın alternativ yolu var idi: - Artsvaşenin dörd anklavla mübadiləsi, ya da məsələnin dondurulması, yəni İrəvan və Bakı arasında etimad mexanizmləri formalaşanadək gözləmək". Sureyantsın sözlərinə görə, belə addımlar dövlət maraqlarına uyğun və suverenliyə xələl gətirmədən atıla bilər.
Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana məxsus işğalda qalan dörd kəndimizi qaytaracağı mütləqdir.
Lakin ekspert vurğulayıb ki, bunun siyasi konyuktura uyğun nə vaxt ediləcəyi siyasi məsələdir:
"Bu məsələ Azərbaycan üçün bu gün prinsipial əhəmiyyət daşımır. Yaxın aylarda prosesin necə olacağını gələcək konyuktur müəyyən edəcək. Sülh olacaqsa, bundan sonra sərhədlərin demarkasiya və delimitasiyası prosesi vaxt alacaq. Ermənistan da fikirləşir ki, Azərbaycan tərəfində "onun əraziləri" var. Seçki öncəsi Ermənistan rəsmilərinin bu faktı qabartması da seçkiyə hesablanmış addımdır. Azərbaycan da buna qarşı ciddi ritorika işlətmir".
Müsahibimiz Azərbaycan və Türkiyə prezidentlərinin hərbi paradda sülh və əməkdaşlıqdan danışdıqlarını xatırladıb.
O hesab edir ki, bu, hələlik belədir, o vaxta kimi ki, Ermənistan Azərbaycanın onun üzərinə qoyduğu öhdəliklərini yerinə yetirsin.
Siyasi şərhçi bəyan edib ki, bura ilk növbədə Zəngəzur dəhlizinin açılması və konstitusiya dəyişikliyi məsələsi aiddir:
"Bunlar olmadığı halda Azərbaycan Ermənistana yenidən öz sərt üzünü göstərəcək. Hesab edirəm ki, bu, ona kimi davam edə bilər ki, Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla aça bilər. Ermənistanın yürütdüyü siyasətdə məğlub imicini heç vaxt unutmaması lazımdır ki, Azərbaycan bunu ona xatırlatmaq ehtiyacını yenidən duymasın".
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.