RU

Azərbaycan qadın stolüstü tennis yığması İslamiadada yarımfinalda uduzub

Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən qadın stolüstü tennis millisi yarımfinal mərhələsində mübarizəni dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız bu mərhələdə Misir seçməsi ilə qarşılaşıb. Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cütlük gərgin keçən görüşdə rəqibinə 5:8 hesabı ilə məğlub olub.

Beləliklə, Azərbaycan qadın stolüstü tennisçiləri turniri bürünc medal uğrunda mübarizə ilə yekunlaşdıracaq.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.

Избранный
28
90deqiqe.az

1Источники