Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən qadın stolüstü tennis millisi yarımfinal mərhələsində mübarizəni dayandırıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız bu mərhələdə Misir seçməsi ilə qarşılaşıb. Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cütlük gərgin keçən görüşdə rəqibinə 5:8 hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan qadın stolüstü tennisçiləri turniri bürünc medal uğrunda mübarizə ilə yekunlaşdıracaq.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.