“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un hücumçusu Huqo Ekitike komandanın bu mövsümkü çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Biz mükəmməl deyilik, amma meydanda hiss edirəm ki, hamımız yüz faiz daha çox güc sərf edirik. B
u, rəqiblərimizə göstərdiyimiz enerji və təzyiqlə bağlıdır. Çoxlu dəyişikliklər olub. İnkişaf etməyə davam etməliyik”.
Fransalı futbolçu bu ilin yayında 95 milyon avroya “Ayntraxt”dan ”Liverpul”a keçib.