RU

“Atletiko” “Real”ın müdafiəçisi ilə maraqlanır

“Atletiko” “Real”ın müdafiəçisi Ferlan Mendinin transferi ilə maraqlanır.

Apasport.az “El Nacional”a istinadən xəbər verir ki, madridlilərin baş məşqçisi Dieqo Simeone fransalı futbolçunu komandasında görmək istəyir və onu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

30 yaşlı oyunçu cari mövsümdə “Real”ın heyətində bir dəfə də olsun meydana çıxmayıb. O, Alvaro Karreras və Fran Qarsiya ilə rəqabətdə uduzur.

Bununla belə, Mendinin “Atletiko”ya keçidi Madrid derbisindəki köklü rəqabətə görə çətinləşə bilər. “Atletiko” azarkeşlərinin bir çoxu əzəli rəqibin oyunçusunun transferinə birmənalı yanaşmaya bilər.

Azərbaycanla oyundan öncə Fransa millisində itki

Levandovski het-trik etdi – La Liqada tarix yazdı

“Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib

“Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər

Messi 400-ə çatdı - “İnter Mayami” 1/4 finalda

Избранный
38
1
apasport.az

2Источники