RU

Hikmət Qafarlı Avropa çempionatının finalına təyinat aldı

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Bu barədə "Unikal"a AFFA-dan məlumat verilib.

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq.

H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Избранный
29
17
unikal.az

10Источники