
İsrail hakimiyyəti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsilə Qəzza zolağının Səhiyyə Nazirliyinə təhvil verilən fələstinlilərin cəsədlərinin üçdə birindən azı müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin teleqram kanalında dərc olunmuş açıqlamada bildirilib.