RU

Tehran Ağ Evə heç bir mesaj göndərməyib - İranın  Təhlükəsizlik Şurasının katibi

 İran ABŞ-a Vaşinqtondan İrana qarşı sanksiyaları ləğv etməsini tələb edən heç bir mesaj göndərməyib.

Ölkə.az  xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Noyabrın 7-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehran Vaşinqtondan ABŞ-ın İrana qarşı sanksiyalarını ləğv etməyi xahiş edir və ABŞ administrasiyası İran hakimiyyətini dinləməyə hazırdır.

"ABŞ-dan heç bir mesaj yox idi, lakin iranlılar həmişə sanksiyaların qaldırılmasını istəyirlər. Kimsə deyə bilərmi ki, biz sanksiyalar istəyirik?", - Laricanı qeyd edib. 
Laricani əlavə edib ki,  hökumətin bütün hərəkətləri anti-İran sanksiyalarının aradan qaldırılmasına yönəlib: “Lakin bundan əvvəl ABŞ-la 12 günlük müharibə və İranın nüvə obyektlərinin bombalanması ilə başa çatan danışıqlar cəhdi olduğu üçün diplomatik kanallarla heç bir siqnal göndərilməyib”. 

Mürtəza

Избранный
49
1
olke.az

2Источники