RU

Lavrov yoxa çıxıb? - Kreml aydınlıq gətirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sıx iş qrafikindədir və ictimai tədbirlərdə görünməyə davam edir.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Sergey Viktoroviç fəal şəkildə işləməyə davam edir. Bütün bu xəbərlər tamamilə yalandır və siz onlara fikir verməməlisiniz. Hər şey qaydasındadır", - deyə Kreml sözçüsü brifinq zamanı Lavrovun ictimaiyyət qarşısında “yoxa çıxması” ilə bağlı xarici mediada yayılan şayiələrə cavab verərkən deyib.

Adəm

Избранный
23
6
publika.az

8Источники