Paris Apellyasiya Məhkəməsi keçmiş Fransa prezidenti Nikolya Sarkozinin vəkillərinin məhkəmə nəzarəti altında onun həbsdən azad olunması ilə bağlı vəsatətini təmin edib.
Bu barədə məhkəmənin qərarına istinadən BFMTV telekanalı məlumat yayıb.
Məhkəmənin qərarına görə, sabiq Fransa liderinin ölkə ərazisini tərk etməsi qadağandır.
Xatırladaq ki, Sarkozi bu ilin oktyabrın 21-dən həbsxanadadır./Oxu.az
Tarix: 10 Noyabr 2025, 17:43