Gəncədə qadın başından bıçaq yarası alıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeybahəddin küçəsində baş verib. Şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başının bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Qadına yardım edilib, yarası tikilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadını həyat yoldaşı aralarında baş verən mübahisə zamanı başından bıçaqlayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.