RU

Azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat aldı İlk dəfə

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq.

H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
6
qafqazinfo.az

10Источники