RU

Levandovskidən unikal rekord Bunu nə Ronaldu bacarıb, nə də Messi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın hücumçusu Robert Levandovski La Liqanın 12-ci turunda "Selta"nı məğlub etdikləri oyunda (4:2) 3 qol vuraraq unikal nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, polşalı ulduz son 10 mövsümdə bütün turnirlərdə ən çox het-triklə yadda qalan futbolçudur.

Levandovski çıxdığı 556 oyunda 26 dəfə 3 qol vurub. Onu 558 matçda 25 het-triklə İngiltərə millisinin və "Bayern Münhen"in futbolçusu Harri Keyn təqib edir. Sonrakı pillələrdə hazırda "Əl-Nəsr"in uğurları üçün çalışan Kriştianu Ronaldu (413 qarşılaşmada 23 het-trik) və "İnter Mayami"nin formasını geyinən Lionel Messi (451 matçda 23 het-trik) qərarlaşıblar. "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe isə 5-ci yerdədir. Kilian 536 görüşdə 23 dəfə het-trik sevinci yaşayıb.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
fanat.az

2Источники