RU

Sumqayıtı Bakı ilə əlaqələndirəcək yeni marşrut açılır

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az AYNA-nın məlumatına istinadən xəbər ki, noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsində olacaq. Marşrut üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu 20 avtobus sərnişinlərə xidmət göstərəcək. Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək işləyəcək.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN olacaq. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
45
azvision.az

10Источники