RU

BTQ üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib.

Moderator.az-ın xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidze yeni tərkibin təsdiqlənməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Koordinasiya Şurasının həmsədri təyin olunub.

Şuranın tərkibində iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, ədliyyə nazirinin müavini Beka Dzamaşvili, maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze, Dəmir yolu nəqliyyatı Agentliyinin direktoru Erekle Kejeraşvili və “Gürcüstan dəmir yolları” SC-nin baş direktoru Laşa Abaşidze yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
3
moderator.az

4Источники