RU

“Real Madrid”in əsas qapıçısı zədələnib

“Real Madrid”in əsas qapıçısı Tibo Kurtua zədələnib.

İdman.Biz xəbər verir ki, belçikalı qolkiper beynəlxalq fasilə zamanı milli komandanın düşərgəsinə qatılmayacaq.

Kurtua “Rayo Vallekano” ilə oyunu (0:0) bud nahiyəsində ağrı hissi ilə başa vurub. O, bu gün Valdebebas bazasında tibbi müayinədən keçib, zədəsinin dərəcəsi yaxın zamanda açıqlanacaq.

Belçika yığması DÇ-2026-nın seçmə mərhələsində Qazaxıstan və Lixtenşteynlə qarşılaşacaq, lakin Kurtua bu matçları buraxacaq. “Real Madrid” baş məşqçisi Xabi Alonso onun beynəlxalq fasilədən sonra “Elçe”yə qarşı oyunda sıraya dönəcəyinə ümid edir.

İdman.Biz

Məqalədə:
Избранный
52
idman.biz

1Источники