RU

"Funq-Vonq" super qasırğası səkkiz nəfərin ölümünə səbəb olub

Filippində "Funq-Vonq" super qasırğası nəticəsində ən azı səkkiz nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Təxminən 1,4 milyon insan əvvəlcədən təxliyə edilib.

"Funq-Vonq" super qasırğası Filippinin şimal-şərq hissəsini bazar günü vurub. Hazırda super qasırğa Çinə yaxınlaşır. Çin hökuməti əhalini mümkün təxliyəyə hazır olmağa çağırıb.

Избранный
52
2
ikisahil.az

3Источники