Şəkidə 4 otaqlı evdə yanğın olub.
Leqal.info xəbər verir ki, Şəki şəhəri, Bağbanlar küçəsi-36 ünvanında Kəmalə Bəylər qızı Hüseynovaya məxsus, hazırda yaşayış olmayan, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, kürsülü, 4 otaq və aynabəddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin çardağının yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта