“Qalatasaray” prezidenti Dursun Özbek Lionel Messi ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, o, “Qalatasaray”ın uğurlu transferlər etdiyini ifadə edib. Dursun Özbek, “Uğurlu bir komanda qurmuşuq. Səviyyəni xeyli yüksəltdik. Türkiyə futbol tarixində ən çox qola imza atan futbolçunu transferi etdik. “Qalatasaray”ın maliyyə vəziyyəti bu transferlərə imkan verir. Uğur nisbətini yüksək səviyyəyə qaldırdıq, ona görə də Messi ilə bağlı sualı asanlıqla verə bilirsiniz. Bu səylər sayəsində yaxşı maliyyə vəziyyətinə nail olduq”, - deyə bildirib. Qeyd edək ki, Lionel Messinin ABŞ-də mövsümün fasiləsi zamanı başqa kluba transfer olacağı barədə xəbərlər dərc edilmişdi. Messinin adı Səudiyyə Ərəbistanı klubları və “Qalatasaray”la hallanmışdı.