RU

Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir (FOTO)

Bakı. Trend:

9-11 noyabr tarixlərində Gəncə İdman Sarayında keçirilənaerobika gimnastikası üzrə Avropa çempionatı uğurla davam edir.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Gəncə İdmanSarayında baş tutan yarışda Avropanın müxtəlif ölkələrindən gəlmişən istedadlı gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Çempionatın ikinci günündə 15 yaşadək idmançılar arasında üçlük,fərdi və qarışıq cütlük kateqoriyalarında, eləcə də gənclərarasında fərdi, qrup və aerodans proqramları üzrə təsnifatmərhələləri keçirilib. Gənc gimnastların çıxışları tamaşaçılartərəfindən böyük maraqla izlənilib.

Yarışların gedişində iştirakçılar texniki bacarıqlarını,sinxronluq və bədii təqdimat səviyyələrini nümayiş etdiriblər.Təsnifat mərhələsinin nəticələrinə əsasən, ən yüksək xal toplayangimnastlar final mərhələsinə vəsiqə qazanıblar.

İkinci günün sonunda keçirilən komanda hesabında mükafatlandırmamərasimində gənclər yaş kateqoriyasında 1-ci yeri İspaniya, 2-ciyeri İtaliya, 3-cü yeri isə Rumıniya komandası tutub. 15 yaşadəkidmançılar arasında isə 1-ci yeri Macarıstan, 2-ci yeri Ukrayna,3-cü yeri Litva komandası qazanıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələləri vəqaliblərin mükafatlandırma mərasimi 11 noyabr tarixindəkeçiriləcək.

Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Избранный
41
8
az.trend.az

9Источники