Neftçala şəhərində bazar yanır.
Milli.Az xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır./Report
Milli.Az