RU

Rusiya ilə Şimali Koreya arasında 5 kilometrlik körpü tikiləcək

BAKI, 10 noyabr. TELEQRAF

Rusiya və Şimali Koreyanı birləşdirən Tumannaya çayı üzərindən avtomobil körpüsü tikiləcək .

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı məlumat yayıb.

Körpünün təxminən 5 kilometr uzunluğunda olması planlaşdırılır. Nəşrin məlumatına görə, həm Rusiya, həm də Şimali Koreya tərəfində dayaq dirəkləri quraşdırılmaqla körpünün 110 metr hissəsi artıq tikilib.

Şimali Koreya eksperti Frederik Spohrun fikrincə, iki ölkə arasında avtomobil əlaqəsinin yaradılması ticarət gəmilərinin anti-Rusiya sanksiya siyahısına salınması riskini azaltmağa kömək edəcək.

Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Rusiyadan KXDR-ə gedən avtomobil körpüsünün 2026-cı ildə istifadəyə veriləcəyini bəyan edib.

Hazırda ölkələr arasında sərhəddə yalnız dəmir yolu körpüsü fəaliyyət göstərir.

Избранный
40
teleqraf.com

1Источники