RU

Suriyada Əhməd əş-Şəraaya qarşı sui-qəsdlərin qarşısı alınıb

Suriyada Prezident Əhməd əş-Şəraaya qarşı iki sui-qəsd cəhdinin qarşısı alınıb.

Far.Az-in "Reuters"ə istinadən verdiyi məlumata görə, hücumların "İslam Dövləti" terror qruplaşması tərəfindən planlaşdırıldığı bildirilir.

Mənbələrin açıqlamasına əsasən, sui-qəsd planları son bir neçə ay ərzində ifşa olunub. Onlardan biri dövlət başçısının iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimi" zamanı həyata keçirilməli idi.

Hazırda hadisə ilə bağlı əlavə məlumatlar açıqlanmır.

Избранный
25
far.az

1Источники