RU

Neftçala bazarındakı yanğın söndürülüb – YENİLƏNİB

Neftçala şəhərində bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Neftçalada bazarda yanğın hadisəsi qeydə alınıb.

NOCOMMENT.az-ın Aran bürosunun məlumatına görə, yanğın hadisəsi şəhər mərkəzində yerləşən bazarda baş verib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Избранный
28
4
nocomment.az

5Источники