BAKI, 11 noyabr. TELEQRAF
“Avanqard-19 Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 500 min manatdan artıq vergi borcu var.
Teleqraf xəbər verir ki, MMC-nin bu günə olan vergi borcunun məbləği 578 min manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Qasımlı Kənan Füzuli oğludur. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Həmidə Xanım Məmmədquluzadə küçəsində yerləşir.
10 ildən artıqdır tikinti sektorunda fəaliyyət göstərən şirkət bir sıra dövlət layihələrində podratçı kimi iştirak edib. “Avanqard-19 Construction” həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə bir neçə yaşayış binasının inşasını həyata keçirib.