RU

Qubada 34 yaşlı kişi baltalandı:

Qubada qadın kişini baltalamaqda şübhəli bilinir.

 

Senzor.az-ın məlumatına görə, Qubanın Çartəpə kəndində qohumlar arasında yaranan mübahisə baltalanma ilə bitib.

 

Belə ki, Çartəpə kənd sakini 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu, 43 yaşlı G.Nəcəfova tərəfindən kəsici alətlə xəsarətlər yetirildiyi bildirilir.

 

Yaralı K.Rüstəmov Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Hadisəni törətməkdə şübhəli bilinən G.Nəcəfova saxlanılıb.

 

Hadisənin torpaq sahəsinə görə baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
25
5
senzor.az

9Источники