RU

Hakan Fidan Suriya ilə bağlı danışıqları şərh edib

BAKI, 11 noyabr. TELEQRAF

Türkiyə Xarici İşlər naziri Hakan Fidan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndələri, diplomatlar və prezident administrasiyasının üzvləri ilə müzakirələr apardıqlarını qeyd edib.

Teleqraf xəbər verir ki, bu barədə Hakan Fidan mətbuat nümayəndələrinin suallarını cavablandırarkən danışıb.

“Xüsusilə Suriyanın cənubunda, şimalında və digər problemli bölgələrdə vəziyyətin daha yaxşı idarə olunması, Sezar Qanunu ilə bağlı işlərin necə aparılması mövzusunda detallı müzakirələr apardıq. Görüşlərdə mövqelərimizi və fikirlərimizi ortaya qoyduq,” - deyə Fidan bildirib.

Nazir həmçinin qeyd edib ki, görüş zamanı Suriyanın irliyi, sülhü və bölgənin təhlükəsizliyi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə ABŞ xarici işlər naziri MArko Rubio, Suriya XİN-in müvəqqəti rəhbəri Əsad Hasan Şeybani, Trampın Orta Şərq xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ-nin Ankaradakı səfiri Tom Barrak və ABŞ vitse-prezidenti iştirak ediblər.

Fidan bildirib ki, görüşlər həm Türkiyənin Suriya siyasətinin ABŞ-yə çatdırılması, həm də iki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli olub.

Избранный
60
teleqraf.com

1Источники