RU

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir

Vaşinqton, 11 noyabr, AZƏRTAC

“Suriyanın yeni Prezidenti Əhməd Hüseyn Əl Şaraa ilə görüşmək mənim üçün xoş oldu”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb. O bildirib ki, görüşdə Suriya liderinin da tərəfdarı olduğu Yaxın Şərqdə sülhün bütün incəlikləri müzakirə olunub.

“Yenidən görüşməyi və danışmağı səbirsizliklə gözləyirəm. Hər kəs Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır. Sabit və uğurlu Suriyanın olması regiondakı bütün ölkələr üçün çox vacibdir”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
45
3
azertag.az

7Источники