Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziriHakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə uzunmüddətlisülhün bərqərar olması üçün tədbirləri dəstəklədiklərini bir dahatəsdiqləyiblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentixəbər verib.
"Dövlət katibi Rubio Qəzza zolağında atəşkəs və bölgədəsabitliyin təmin edilməsi üçün atılacaq əlavə addımları müzakirəetmək üçün xarici işlər naziri Fidan ilə görüşüb. Dövlət katibi vəXarici İşlər naziri davamlı sülhə nail olmaq səylərinə davamlıdəstəyini bir daha təsdiqləyiblər", - deyə qeyd olunub.
Dövlət Departamentindən bildirilib ki, bundan əlavə, tərəflərUkrayna münaqişəsinə də toxunublar. Rubio ABŞ prezidenti DonaldTrampın bütün NATO müttəfiqlərinə "Ukraynada davam edən münaqişəyəson qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq" çağırışınıxatırladıb.