RU

ABŞ-də hava limanında toqquşub olub » AzadMedia.az

ABŞ-də

ABŞ-də Vaşinqton yaxınlığındakı Virciniya ştatının Dalles Beynəlxalq Hava Limanında, mobil salon kimi də tanınan nəqliyyat vasitəsi terminalla toqquşub, 18 sərnişin xəsarət alıb.

Hadisə barədə yerli telekanallar bildiriblər.

Hadisə yerli vaxtla saat 16:30 radələrində (Bakı vaxtı ilə saat 01:30) baş verib. D zonasından terminalla təyyarə arasında sərnişin daşımaq üçün nəzərdə tutulmuş mobil salon Dalles Beynəlxalq Hava Limanının terminalına yaxınlaşarkən körpüyə çırpılıb.

Yaralanan sərnişinlər yüngül xəsarətlər alıblar və yanğınsöndürənlər tərəfindən xəstəxanaya yerləşdiriliblər.

"Aeroport bazar ertəsi axşamı normal fəaliyyətini davam etdirib", - hava limanının rəsmiləri əmin ediblər.

Избранный
58
9
azadmedia.az

10Источники