RU

Ondan burada da şübhələnirmişlər… Azərbaycan millisinin müdafiəçisinə cinayət işi açıldı

Türkiyə Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı araşdırması çərçivəsində mərc oyunlarında və danışılmış oyunlarda iştirak edən 1024 futbolçunun adını açıqlayıb.

Mərc oyunlarında iştirak edənlərin siyahısında Azərbaycan millisinin üzvü Mert Çelik də var.

“Neftçi” və “Səbail”in sabiq müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib. Mert hazırda I Liqa təmsilçisi “Sivasspor”un formasını geyinir.

Artıq Çelik haqqında cinayət işi açılıb. Onun 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.

Mert Çelik Azərbaycan yığmasının heyətində 1 matça çıxıb. 25 yaşlı futbolçu bu il Belarusla (0:2) yoxlama matçında forma geyinib.

Milliləşdirilən oyunçunun adı «qumar» işində yeni hallanmağa başlasa da, əslində, Azərbaycanda ondan 1 il qabaq şübhələnməyə başlayıblar.

Ötən mövsüm «Səbail»in formasını geyinərkən bir neçə oyunda səhvə yol verən müdafiəçi haqda komanda yoldaşları məşqçilərə öz mesajlarını çatdırıblar.

Əldə fakt olmadığı üçün üstünə getməyiblər. Ancaq bu söhbət yayılıb və digər klubların nümayəndələrinə də çatıb.

Odur ki, Premyer Liqa təmsilçilərindən ikisi xidməti onlara təklif edilən Çeliki sıralarına qatmaq istəməyib.

SPORTİNFO.AZ

Azərbaycan

Избранный
35
2
sportinfo.az

7Источники