RU

Belçikada Donald Trampın adına partiya yaradılıb

Ajans.az xəbər verir ki,bu barədə Bruzz nəşri məlumat yayıb. Partiyanın qurucusu, Belçika Milli Cəbhəsinin (NF) keçmiş rəhbəri Salvatore Nikotra bildirib ki, TRUMP adı «Tous Réunis pour l'Union des Mouvements Populistes» – yəni “Hamı Populist Hərəkatların Birliyi üçün Birləşib” ifadəsinin qısaltmasıdır. Yeni partiyanın ideologiyası Donald Trampın siyasi baxışlarına əsaslanır. “Donald Tramp populizmin ən yüksək simvoludur. O, bizim müdafiə etdiyimiz dəyərləri tam təcəssüm etdirir,” – deyə Nikotra vurğulayıb. Partiya özünü “sosial yönümlü” sağçı populist qüvvə kimi təqdim edir və 2029-cu ildə keçiriləcək federal və Avropa Parlamenti seçkilərində iştirak etməyi planlaşdırır. Ölkənin ən böyük ifrat sağçı partiyası olan Vlaams Belangdan fərqli olaraq, TRUMP Belçikanın bölünməsini dəstəkləmir. 1994–2000-ci illərdə Brüsselin Saint-Gilles rayonunda bələdiyyə şurasının üzvü olmuş Nikotra, gələcəkdə paytaxtda və ya yerli səviyyədə namizədliyini irəli sürə biləcəyini də istisna etməyib. Partiyanın həmtəsisçiləri arasında, vaxtilə faşizmi təbliğ etdiyinə görə Vlaams Belang sıralarından çıxarılmış Emanuele Likari də daxil olmaqla, bir neçə keçmiş NF üzvü yer alır. Yeni partiyanın rəsmi təqdimat mərasimi 30 noyabr tarixində keçiriləcək.

 

Избранный
40
Ajans.az

1Источники