RU

Fernando Soares: "Euronews Academy"nin açılışında iştirak etməkdən böyük məmnunluq duyuram

BAKI, 11 noyabr. TELEQRAF

Bu gün burada olmaq və Medianın İnkişafı Agentliyi ilə birgə həyata keçirilən "Euronews Academy"nin təlim proqramının ikinci mərhələsinin açılışında iştirak etməkdən böyük məmnunluq duyuram.

Teleqraf xəbər verir ki, bunu “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares "Euronews Academy" təlim proqramında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu mərhələnin mövzusu televiziya jurnalistikasıdır.

"Bu layihə bizim fəaliyyətimizin mühüm hissəsidir. Biz təkcə Azərbaycanın mədəniyyətini, turizmini və biznes potensialını dünyaya tanıtmaqla kifayətlənmirik, həm də ölkədə media sahəsinin inkişafına dəstək veririk. Bu gün başladığımız proqram da məhz həmin məqsədə xidmət edir. Təlim çərçivəsində xəbər istehsalı, televiziya buraxılışlarının hazırlanması, canlı yayımların təşkili və beynəlxalq media standartları barədə praktiki biliklər təqdim olunacaq. Dərsləri Euronews-un təcrübəli jurnalisti, Astana bürosunun rəhbəri Boyan Brkiç aparır. Proqramın əsas məqsədi yerli jurnalistlərin peşəkar bilik və bacarıqlarını artırmaq, onların beynəlxalq standartlara uyğun işləməsinə dəstək göstərmək və Azərbaycan mediasının inkişafına töhfə verməkdir", - F.Soares əlavə edib.

Избранный
40
2
teleqraf.com

4Источники